Tura daxil olan yerlər :

Atəşgah

Müxtəlif dövrlərdə zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir.

XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir.

-------------------------------------------------------------------------

Heydər Əliyev mərkəzi

Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir.

Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Xalq arasında "İmza Sarayı" adı ilə də tanınır.

-------------------------------------------------------------------------

Yanardağ

Dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.  

Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır.

-------------------------------------------------------------------------

Dağüstü park

Pilləkənlərlə yuxarıya qalxdıqca Bakının heyratamiz mənzərəsi gözlər önünə düşür.

Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların dəfn olunduğu Şəhidlər xiyabanı yerləşir.

-------------------------------------------------------------------------

 

İçərişəhər

Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Yaxşı qorunmuş  qala divarları ilə əhatə olunub.

Qız qalası və Şirvanşahlar saray kompleksi burada yerləşir.

--------------------------------------------------------------------------

*Qeyd edək ki, tura Quba-Qusar-Şahdağ və Qəbələ turları da daxildir.


BİZİM PARTNYORLARIMIZ

BİZİM MÜŞTƏRİLƏRİMİZ

Write to us from whatsapp